“Pabuk” qasırğası Tailandı “dağıdır” – Ölən var

Google+ Pinterest LinkedIn Tumblr +

Tailandın cənub əyalətlərində “Pabuk” qasırğası fəsadlara yol açıb.

Biosfer.az xəbər verir ki, təbii fəlakət nəticəsində bir nəfər həlak olub.

Daha bir nəfərin isə itkin düşdüyü deyilir. Qeyd olunur ki, həlak olan şəxs balıqçı qayığında olub. Onunla eyni qayıqda olan dörd nəfər xilas edilib.

Qasırğa ilə əlaqədar bölgə sakinlərinə xəbərdarlıq edilib.

Paylaş