Milli parklarımıza 80 minə yaxın turist səfər edib

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycanın milli parklarına 2018-ci il ərzində ümumilikdə 79997 turist səfər edib ki, bunların 72519-u yerli, 7478-i isə xarici vətəndaş olub.

Bu barədə Biosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ölkəmizdə 10 milli park fəaliyyət göstərir. Milli parklara səfər etmək istəyənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytının “xidmətlər” bölməsinə daxil olub istədikləri milli parka onlayn şəkildə və ya milli parkların giriş məntəqələrindən bilet əldə edə bilərlər.

Paylaş