Filippində torpaq sürüşməsi: ölənlərin sayı 120 nəfəri keçdi

Google+ Pinterest LinkedIn Tumblr +

Filippində “Usman” tropik qasırğasının əmələ gətirdiyi leysan yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 122 nəfərə çatıb.

Biosfer.az xəbər verir ki, bu barədə “Rappler” portalı Risklərin Azaldılması və Fəlakətlərin İdaredilməsi Milli Şurasına (NDRRMC) istinadla məlumat yayıb. Şuranın dərc etdiyi hesabatda, həmçinin 28 nəfərin itkin düşdüyü, təqribən 60 nəfərin isə yaralandığı bildirilir. Təbii fəlakətin 75 mindən çox insanı əhatə etdiyi, onların 30 mindən çoxunun təxliyə mərkəzlərinə yerləşdirildiyi qeyd olunur. Bəzi rayonların təhsil müəssisələrində dərslər təxirə salınıb.

Tropik qasırğa Filippin ərazisini dekabrın 30-da tərk edib. Onun ən çox Cənubi Kamarines əyalətinə ziyan vurduğu bildirilir.

Paylaş