Gürcüstanda ilk dəfə olaraq təbii qaz ehtiyatlarının axtarışları davam edir. Üç aydır davam edən axtarışlar hələlik heç bir nəticə verməyib.
Biosfer.az xəbər verir ki, bu barədə Gürcüstanın Neft və Qaz Korporasiyası məlumat yayıb.
Bildirilir ki, “Schlumberger Rustaveli Company” şirkəti oktyabr ayından başlayaraq axtarış əməliyyatları həyata keçirir. Lakin hələlik heç bir nəticə yoxdur.
Qonşu ölkədə təbii qaz ehtiyatları 5 min metr dərinlikdə çöküntülü süxurlarda axtarılır.