Cənubi Koreya polietilen paketlərdən imtina edir

Google+ Pinterest LinkedIn Tumblr +

Cənubi Koreyada marketlərdə və satış yerlərində polietilen paketlərdən istifadə qadağan olunur.

Biosfer.az Trend-ə istinadən xəbər verir ki, məhdudiyyət yanvarın 1-dən qüvvəyə minir və 11 minə yaxın supermarketi əhatə edəcək.

Bundan sonra alıcılara kağız və ya parçadan olan paketlər təklif ediləcək. Plastik qablaşdırılma yalnız ət və balıq məhsulları üçün istifadə edilə biləcək.

Yeni qanunun pozulmasına görə marketlər 3 milyon von (təxminən 2,6 min dollar) cərimə ediləcək.

Qeyd edilir ki, gələcəkdə məhdudiyyət camaşırxana və quru təmizləmələrədə tətbiq ediləcək.

Paylaş