İndoneziyada zəlzələ

Google+ Pinterest LinkedIn Tumblr +

Dekabrın 28-də Yeni Qvineya adasının İndoneziya hissəsində 5,8 bal gücündə zəlzələ olub.

Publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, zəlzələnin episentri İndoneziyanın Qərbi Papua Manokvari əyalətinin administrativ mərkəzindən 70 kilometr cənubda, ocağı isə yer səthindən 55,6 kilometr dərinlikdə yerləşib.

Hələlik mümkün dağıntılar və ya xəsarət alanlar barədə məlumat verilmir.

Xatırladaq ki, dekabrın 22-də axşam saatlarında İndoneziya sahilləri qəfil sunaminin təsirinə məruz qalıb. Son məlumata əsasən, təbii fəlakət nəticəsində həlak olanların sayı 429 nəfərə çatıb, 150-dən çox insan itkin düşüb, təxminən 1400 nəfər isə xəsarət alıb. Həmçinin 16 min yerli sakin təhlükəli ərazilərdən təxliyə edilib.

Mütəxəssislərin fikrincə, sunamiyə vulkanik aktivlik nəticəsində yaranmış sualtı sürüşmələr səbəb olub.

Paylaş