Yapon meteoroloqlar ilin sonuna doğru ölkənin bir çox ərazilərində çovğun və güclü qar yağması ilə müşayiət olunacaq kəskin soyuqlar barədə xəbərdarlıq ediblər.
Biosfer.az xəbər verir ki, havanın təzyiqinin kəskin enməsi Hokkaydo prefekturasına qar çovğunu gətirəcək. Proqnozlara görə, cari fəsildə Yaponiya üzərindən ən soyuq hava kütləsi dekabrın 27-dən 30-dək olan dövrdə keçəcək.
Bu gündən başlayaraq Yapon dənizinin sahil rayonlarında, mərkəzi və şimal regionlarında boran gözlənilir.
Eyni zamanda, Yaponiyanın şərqindəki və qərbindəki dağlıq ərazilərə güclü qar yağacağı proqnozlaşdırılır.
Meteoroloqlar bildiriblər ki, güclü külək və qar yağması nəticəsində nəqliyyatın hərəkətində ciddi problemlər yaranacağı da gözlənilir.