Yevlax rayonunda dumanlı hava şəraiti yol-nəliyyat hadisəsinə səbəb olub.
Biosfer.az ”Report”a istinadən xəbər verir ki, hadisə rayonun Hacıselli-Varvara yolunda baş verib.
Belə ki, “VAZ-2107” və “VAZ-21010” markalı minik avtomobilləri dumanlı hava şəraitində hərəkət edən zaman toqquşublar.
Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
“VAZ-2107” markalı maşının sürücüsü, Ağdaş rayon sakini, 1955-ci il təvəllüdlü Məmmədcahan Məhəmməd oğlu Qurbanovun vəziyyəti ağır olduğundan o, Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib. Qəza zamanı xəsarət alan daha bir nəfərə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.