Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə payız ağacəkmə kampaniyası çərçivəsində Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş ağacların yeniləri ilə əvəzlənməsi aksiyası Binəqədi rayonunda davam etdirilib.
Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a verilən xəbərə görə, aksiya zamanı Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə Biləcəri qəsəbəsində 4 qurumuş və təhlükə yaradan ağac yeniləri ilə əvəzlənib, ərazidəki boş sahələrə 600 çinar və sərv ağacı əkilib.
Nazirlik aksiyalarda fəal iştirak edən hər kəsə təşəkkürünü bildirir və vətəndaşlardan qurumuş və təhlükə yaradan ağaclarla bağlı nazirliyin 168 nömrəli “Qaynar xətt” inə məlumat vermələrini xahiş edir.