Tovuz rayon Eyyublu kənd sakini Azər Paşayev müxtəlif texnikalara aid detallardan istifadə edərək qeyri-adi traktor hazırlayıb.
Biosfer.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, cəmi 500 kq-dək çəkisi olan texnika vasitəsilə o, özündən dəfələrlə böyük və ağır olan yüklü “Kamaz” avtomobilini belə, darta bilir.
İxtiraçı hələ ad vermədiyi texnikasını düzəltmək üçün generator mühərrikindən, “Jiquli” və “QAZ-51” avtomobillərinin sürət qutusundan, “QAZ -21 Volqa”-nın reduktoru və müxtəlif traktor hissələrindən istifadə edib.
Azər Paşayev texnikasından şum işləri, kartof çıxarmaq, yük daşımaq və digər təsərrüfat işlərində istifdə edir.
37 yaşlı ixtiraçı onun ərsəyə gəlməsinə, təxminən 2000-2500 manat vəsait xərclədiyini bildirir: “İdeyalarım var, dövlət dəstək verərsə, yaxud 10 min manat pulum olarsa, Yaponiya istehsalı olan ən güclü traktordan 10 qat daha qüvvəli bir texnika yığa bilərəm”.