Suraxanıda 350-dən çox sərv ağacı əkildi

Google+ Pinterest LinkedIn Tumblr +

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası Qaraçuxur qəsəbəsindəki Etibar Bəkirli küçəsi ətrafında davam etdirilib.

İcra hakimiyyətindən Biosfer.az-a verilən məlumata görə, aksiyaların keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji tarazlığını bərpa etmək və təbiətə qayğı hissinin aşılanmasıdır.

Ağacəkmə aksiyasında 170 nəfər iştirak edib. İməcilik zamanı təmizləmə işləri aparılıb, abadlıq işləri görülüb, mövcud yaşıllığa qulluq edilib və 350-dən çox sərv ağacı əkilib.

Həyata keçirilən həmin tədbirlər nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir.

Paylaş