Havanı kanserogenlərdən təmizləyən bitki yaradıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Amerikalı genetiklər adi otaq bitkisini “kondisionerə” çeviriblər: onlar həmin bitkinin gövdəsinə ev dovşanının genlərindən birini yerləşdirməklə havanı benzoldan və digər konserogenlərdən təmizləyən bitki yaradıblar.

Biosfer.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu bitkinin yetişdirilməsi “resepti” “Environmental Science and Technology” jurnalında dərc edilib.

Sietldəki (ABŞ) Vaşinqton Universitetinin nümayəndəsi Stüart Strend deyib: “Evin havasında benzol və digər uçucu karbohidratlar olduğunu hamı bilir, lakin onları havadan kənarlaşdırmaq üsulu barədə heç kəs fikirləşməyib. Bizim yaratdığımız bitki insanın əvəzinə bu işi görür. Hazırda biz yeni versiya yaradılması üzərində işləyirik. O, havadakı formaldehidi də təmizləyəcək”.

Strend və onun həmkarları tərəfindən yaradılmış digər geni dəyişdirilmiş bitki tamam fərqli, lakin çox faydalı bir funksiyanı yerinə yetirir – insan bədənini adi süzgəclərin köməyi ilə və ya kimyəvi üsulla təmizlənməsi çox çətin olan kanserogenlərdən qoruyur.

İlk təcrübələr göstərib ki, hətta otağın havasındakı kanserogenlərin konsentrasiyası yol verilən maksimal həddən yüzlərlə, minlərlə dəfə yüksək olduqda da kütləsi təqribən 10 kiloqram olan bitki cəmi bir həftə ərzində otağı kanserogenlərdən tamamilə təmizləyə bilər. Stredin və onun həmkarlarının fikrincə, kanserogenlərin real izləri daha sürətlə aradan qaldırılacaq.

Paylaş