Plastik tullantıların toplanması üçün Bakıda 9 konteyner quraşdırıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Plastik tullantıların xüsusi konteynerlərə toplanmasını və ətraf mühitə təsirinin azaldılmasını təşviq etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başladılan kampaniya davam edir.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, plastik qabların toplanması və çeşidlənməsi üçün artıq 37 şəhər və rayonda 136 konteyner yerləşdirilib. Onlardan 9-u paytaxtda quraşdırılıb.

Nazirlik hər bir vətəndaşı sağlam ətraf mühit naminə polietilen məmulatlardan istifadənin azaldılması istiqamətində həyata keçirilən tədbirlərdə fəal iştirak etməyə və ətraf mühitin mühafizəsinə öz töhfəsini verməyə çağırır.

Paylaş