İstanbulda və Bursada dəniz reysləri dayandı

Google+ Pinterest LinkedIn Tumblr +

İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb.

Biosfer.az xəbər verir ki, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.

Reyslərin təxirə salınmasına səbəb İstanbul akvatoriyasında güclü külək və bunun nəticəsində hündür dalğaların müşahidə olunması olub.

Bundan başqa, Bursada da dəniz reysləri eyni səbəbdən dayandırılıb.

Sinoptiklər əlverişsiz hava şəraitinin həftənin sonlarına qədər davam edəcəyini proqnozlaşdırıblar.

Paylaş