İcazəsiz ova cəhd edən şəxs cərimələndi

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Qızılağac Milli Parkının ərazisində ova cəhd edən şəxsi saxlayıblar.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini Əlikram İsmiyev olduğu müəyyənləşib. Ondan ov silahı götürülüb.

Faktla bağlı Ə.İsmiyev barəsində akt, protokol tərtib olunub və o, 1000 manat məbləğində cərimələnib.

Paylaş