Çinin Siçuan əyalətində 5.7 bal gücündə zəlzələ baş verib.
Biosfer.az xəbər verir ki, zəlzələ zamanı azı16 nəfər xəsarət alıb, daha 378 nəfər təxliyyə edilib. Çinin hakimiyyət orqanları ərazidə fövqəladə vəziyyət elan edib. Zəlzələnin ziyan vurduğu bölgəyə qəza-xilasetmə xidmətinin əməkdaşları göndərilib. Çin Xalq Respublikasının Fövqəladə Hallar üzrə Nazirliyinin məlumatına görə, regionda 300-dən çox xilasedici var. Təbii hadisə zamanı regionda bəzi evlər dağılıb.