Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) neftlə çirklənmiş ərazilərin təmizlənməsinə təcrübəli xarici şirkətləri cəlb edib.
Nazirlikdən Biosfer.az-a verilən məlumata görə, Abşeron yarımadasında neft və digər maddələrlə çirklənmiş torpaqların inventarlaşdırılması və qiymətləndirilməsi layihəsi çərçivəsində “Amec Foster Wheeler” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə neftlə və digər maddələrlə çirklənmiş ərazilər haqqında müzakirələr aparılıb.
Tədbirdə İtaliyanın Azərbaycandakı səfiri, İtaliya şirkətinin ətraf mühit üzrə mütəxəssisləri və ETSN-in nümayəndələri iştirak edib.