Türkiyənin cənub-şərqindəki Hakkari vilayətində hərbçiləri ildırım vurub.
Biosfer.az xəbər verir ki, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alan hərbçilər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti normal olaraq qiymətləndirilir.
Digər təfərrüatlar barədə məlumat verilməyib.