Neftçalalı bağbanlar bu il bağlardan 1849 ton meyvə tədarük ediblər

Google+ Pinterest LinkedIn Tumblr +

Neftçalada meyvə yığımı başa çatıb. Bağbanlar becərdikləri 591 hektar meyvə bağından 1849 ton meyvə tədarük ediblər.

Rayon Statistika İdarəsindən Biosfer.az-a bildiriblər ki, cari ildə neftçalalı bağbanların tədarük etdikləri meyvə ötən ilkindən 327 ton və ya 21,5 faiz çox olub. Yığılan məhsulun 120 tonunu alma, 60 tonunu armud, 195 tonunu heyva, 59 tonunu ərik, 230 tonunu gavalı, 172 tonunu alça, 27 tonunu şaftalı, 26 tonunu gilas, 792 tonunu nar, qalanını isə xurma, qoz, fındıq, əncir, albalı və digər meyvələr təşkil edib. Tədarük olunan meyvənin demək olar ki, üçdəbiri Aşağı Qaramanlı, Yuxarı Qaramanlı, Surra və Xolqarabucaq kəndlərinin payına düşür . Ən yüksək nəticə isə üzüm bağlarından əldə olunub. Rayonda mövcud olan 134,1 hektar üzüm bağından 307,5 ton məhsul götürülüb.

Paylaş