Qanunsuz ov edən 3 nəfər saxlanıldı – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Dekabrın 12-də qanunsuz ov etdiklərinə görə 3 nəfər Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Biosfer.az-a verilən məlumata görə, araşdırmalarla onların Saatlı rayon sakinləri Emin Cəfərov, Raqif Sarıyev, Taleh Cəfərov olduqları müəyyən edilib. Onlardan “MÇ-2112”, “İJ-58” və “İJ-27” markalı 3 ədəd ov tüfəngləri və 15 ədəd patron, habelə ovladıqları 10 ədəd göyərçin quşu götürülüb. Araşdırma aparılır.

Paylaş