Goranboyda Çindən gətirilmiş 10 min ədəd tut tingi əkiləcək

Google+ Pinterest LinkedIn Tumblr +

Baramaçılığın yem bazasının yaradılması məqsədilə yaxın günlərdə Çindən ölkəmizə gətirilmiş 1 milyon ədəd tut tingindən 10 mininin Goranboy rayonu ərazisində əkilməsi nəzərdə tutulub.

Rayon icra hakimiyyətindən Biosfer.az-a bölgə müxbirinə bildiriblər ki, tinglərin əkini üçün qəsəbə və kəndlərdə bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələri müəyyənləşdirilib. Artıq bu istiqamətdə işlərə də başlanılıb və qısa müddətdə 3 min ədəd tut tinginin əkilməsi təmin olunub.

Mütəxəssis Allahverdi Seyidov deyib ki, Çindən gətirilən tinglər çox məhsuldar olduğu üçün əkildikdən bir il sonra yarpaqlamağa başlayır və bir ağacın məhsuldarlığı 5 kiloqrama yaxın olur.

Hələ sovet dövründə bölgədə baramaçılığı inkişaf etdirmək üçün Goranboy rayonunun Faxralı kəndində 80 hektar tut bağı salındığını deyən mütəxəssis bildirib ki, hazırda həmin bağın 33 hektarı bərpa olunub.

Paylaş