Artezian sularının keyfiyyəti yoxlanılacaq

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü ilə Bakıda və Abşeron yarımadasında əhalinin istifadə etdiyi yeraltı artezian sularının pulsuz səyyar ekspress analizlərinin aparılması proqramına başlanılıb. Proqramın icrasına ilk olaraq dekabrın 10-dan etibarən Sabunçu rayonunun Maştağa qəsəbəsində start veriləcək. On gün ərzində hər iki qurumun mütəxəssisləri artezian sularının keyfiyyətini təhlil edəcəklər. Həmçinin yerli sakinlərlə söhbətlər aparılacaq və onlara tövsiyələr veriləcək.

Bu barədə Biosfer.az-a ETSN-in əməkdaşı Faiq Mütəllimov məlumat verib. O, kampaniyanın keçirilməsində əsas məqsədin artezian sularının keyfiyyətinin öyrənilməsi, çirklənmədən mühafizəsi və əhali tərəfindən düzgün istifadə qaydalarının təbliği olduğunu bildirib.

F.Mütəllimov qeyd edib ki, monitorinqlər zamanı neqativ halların aşkarlanarsa, tədbirlər görüləcək və bu barədə əhaliyə məlumat veriləcək.

Paylaş