Fransanın Yeni Kaledoniya ərazisində 7,6 bal gücündə zəlzələ olub.
Biosfer.az xəbər verir ki, zəlzələnin episentri Tadin şəhərindən 153 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağının dərinliyi 10 kilometr olub.
Zəlzələdən sonra sunami təhlükəsi elan olunub. Təhlükəni Sakit okean Sunami Xəbərdarlıq Mərkəzi elan edib. Qeyd olunur ki, sunami Yeni Kaledoniyaya aid olan Luayote adası yaxınlığında baş verə bilər.
Yeni Kaledoniya – Sakit okeanın cənub-qərb hissəsində adalar qrupudur. Melaneziyada Fransanın mülkü, dənizaşırı ərazisi, Sakit okeanda yerləşən Yeni Kaledoniya adası, Luayote və Çesterfild adaları, Pen adası və s. kiçik adalardan ibarətdir.