Moskvada hava nəqliyyatı iflic oldu

Google+ Pinterest LinkedIn Tumblr +

Moskvada güclü qarla əlaqədar hava limanlarında 20-dən çox reys ləğv edilib.

Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, daha 10 reys isə ləngiyir.

Qeyd olunur ki, “Vnukovo” hava limanında 14 reys təxirə salınıb, 3 reys ləngiyir. “Domodedovo” hava limanında 7 reys təxirə salınıb, daha 4 reys ləngiyir. “Şeremetyevo” hava limanında 3 reysin ləngidiyi bildirilir.

Paylaş