Atmosferi çirkləndirən sexin sahibi cərimələndi

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində fəaliyyət göstərən metaləritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a verilən xəbərə görə, ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb. Analizlərin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyənləşib.

Faktla bağlı sexin sahibi Mürsəl Məmmədov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4 min manat məbləğində cərimələnib.

Atmosferə tullantıların atılmasının qarşısının alınması məqsədilə sex sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Paylaş