İraqda daşqınlar 21 nəfərin ölümünə səbəb oldu

Google+ Pinterest LinkedIn Tumblr +

İraqda son günlər müşahidə olunan güclü yağışlar ölkə ərazisində daşqınlara səbəb olub.

Biosfer.az xəbər verir ki, daşqınlar nəticəsində ölkənin müxtəlif əyalətlərində ümumilikdə azı 21 nəfər həlak olub, 180 nəfər isə xəsarət alıb.

İraq parlamentinin spikeri Məhəmməd əl-Xalbusi BMT və humanitar təşkilatlara yardım göstərmələri üçün müraciət edib.

İraqın baş naziri Adel Abdel Mehdi hərbçilərin iştirakı ilə Salah-əd-Dində böhran qrupunun yaradılması barədə göstəriş verib. İnsanların xilas edilməsi üçün helikopterlər və ağır texnikalardan istifadə olunacaq.

Paylaş