İstanbulda dəniz reysləri təxirə salındı – Güclü külək

Google+ Pinterest LinkedIn Tumblr +

İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb.

Biosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, reyslərin təxirə salınmasına İstanbul akvatoriyasında güclü külək və bunun nəticəsində hündür dalğaların müşahidə olunması səbəb olub. Sinoptiklər əlverişsiz hava şəraitinin hələ 3 gün davam edəcəyini proqnozlaşdırıblar.

Bildirilir ki, reyslərdə yaranmış bu fasilə ilə əlaqədar “Marmara” tuneli gücləndirilmiş iş rejiminə keçib.

Qeyd edək ki, İstanbul akvatoriyasında dəniz reysləri əlverişsiz hava şəraiti ilə əlaqədar sonuncu dəfə noyabrın 16-da təxirə salınıb.

Paylaş