Gədəbəydə qızıl-mis istismar yatağında təqdimat

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məsul şəxsləri Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited (AİMK) şirkətinin Gədəbəy rayonunda fəaliyyət göstərən qızıl-mis istismar yatağı ilə tanış olublar.

ETSN-dən Biosfer.az-a verilən məlumata görə, nazirliyin nümayəndələri geoloji kəşfiyyat işləri aparılan ərazilərə, yeraltı və açıq mədən üsulu ilə istismar olunan yataqlara baxış keçirib, ətraf mühitin mühafizəsi ilə əlaqədar görülən işlərlə maraqlanıblar.

Daha sonra nazirliyin rəsmilərinə şirkətin iş fəaliyyətini əks etdirən təqdimat keçirilib.

Paylaş