Badamdar sürüşmə sahəsində yeni çatlar yarandı

Google+ Pinterest LinkedIn Tumblr +

Noyabrın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri Badamdar sürüşmə sahəsində monitorinq aparıblar. Tədqiqatın nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, son günlər yağan yağış nəticəsində sürüşmənin baş hissəsində asılı vəziyyətdə olan iri qaya parçasının qopması və yamacboyu irəliləməsi müşahidə edilib. Sürüşmənin alt hissəsində isə yeni çatlar qeydə alınıb.

Monitorinqlər davam etdirilir.

Paylaş