Biosfer.az xəbər verir ki, balqabağın bəzi ağ ciyər xərçəngi riskini azaltdığı üzə çıxıb.
Araşdırmalar zamanı məlum olub ki, tərkibi beta karotenlə zəngin bir pəhriz bəzi xərçəng növlərinə yoluxma riskini azaldır, ürək-damar xəstəliklərinə qarşı orqanizmi qoruyur.
Balqabağın 90 faizi sudan ibarətdir, tərkibində lif çox, kalorisi azdır. 1 stəkan qaynadılmış, süzülmüş, bişirilmiş, duzsuz balqabaq 49 kaloridir. Tərkibində 2 qram protein, 12 qram karbonhidrat, 3 qram lif var. C vitamini mənbəyidir. Xəstəliklərə qarşı mübarizə aparan potasium, pantotenik turşu, maqnezium, C və E vitaminləri, dəmir, sink, selenium, kalsium, niasin və folat da balqabağın tərkibində var.
Balqabağın tərkibindəki beta karoten bitki karotenoidlərindən biridir və orqanizmdə A vitamininə çevrilir. A vitamini isə sağlamlıq üçün vacibdir.
Araşdırmalar məlub edib ki, tərkibi beta karotenlə zəngin bir pəhriz ağ ciyər, dəri, döş və bir sıra xərçəng növlərinə yoluxma riskini azaldır. Bundan başqa ürək-damar sistemi xəstəliklərinə qarşı da orqanizmi qoruyur.
Beta karotenlə zəngin digər meyvə və tərəvəzlər bunlardır: yerkökü, gül kələm, şirin kartof, qaysı, yaşıl yarpaqlı tərəvəzlər. (ölkə.az)