İraqda sel: 9 ölü, 22 yaralı

Google+ Pinterest LinkedIn Tumblr +

İraqın şimalında leysan yağışların səbəb olduğu sel dağıntılara və insan tələfatına yol açıb.

Biosfer.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, sel zamanı 9 nəfər həlak olub, daha 22 nəfər yaralanıb.

Qeyd edilir ki, təbii hadisə Səlahəddin, Mosul və Kərkük ərazilərinə daha çox zərər vurub. Ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Seyd əl-Bedr bildirib ki, sel Səlahəddində 5, Zi Karda 2, Bəsrədə 1, Vaistdə 1 nəfərin həyatına son qoyub.

Sel habelə təsərrüfata da zərər vurub.

Paylaş