İngiltərə alimləri: “Çirkli hava uşaqların əqli inkişafına mane olur”

Google+ Pinterest LinkedIn Tumblr +

Lankaster universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.

Biosfer.az ölkə.az-a istinadən xəbər verir ki, nəticələrə əsasən, çirkli hava əqli imkanların inkişafına mənfi təsir göstərir.

Ekspertlər 2000-2002-ci illər arasında Britaniyada anadan olan 18 min uşağın məlumatlarını incələyiblər. Məlum olub ki, intellekti zədələnən uşaqlar əsasən havası çirkli olan rayonlarda yaşayırlar. Onların 33%-i isə dizel yanacağı tüstüsü çox olan rayonların payına düşür.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən isə, 2012-ci ildə dünyada 12 milyon insan sağlam olmayan ətraf mühit səbəbindən dünyasını dəyişib. Avropada hər il 440 min insan çirkli hava səbəbindən ölür.

Paylaş