Hava limanında İZDİHAM – Onlarla reys güclü küləyə görə gecikir

Google+ Pinterest LinkedIn Tumblr +

Sidney hava limanında iki uçuş-eniş zolağı bağlanıb.

Biosfer.az xəbər verir ki, həm daxili, həm xarici reyslər gecikmə ilə həyata keçirilir. Buna səbəb kimi güclü külək göstərilir.

Hava limanında minlərlə sərnişinin toplaşdığı bildirilir. Qantas və Virgin Australia aviaşirkətlərinin yaydığı məlumata əsasən, Sidney, Melburn və Brisben şəhərlərinin hava limanları da güclü küləyə görə müəyyən ləngimə ilə işləyir.

Küləyin sürətinin saatda 90 km-ə qədər çatacağı bildirilir.

Paylaş