Atmosferi çirkləndirən müəssisə cərimələndi

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Binəqədi rayonu, 1-ci Mədən, korpus 2-də yerləşən qara metaləritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıb və monitorinq keçiriblər.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb. Analizlərin nəticələrinə görə atmosfer havasına atılan tullantıların miqdarının normadan yüksək olduğu müəyyənləşib.

Araşdırma zamanı qara metaləritmə sexinin “Fərid-RL” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) məxsus olduğu aydınlaşıb. Faktla bağlı qurum barəsində protokol tərtib edilib. Qurumun hüquqi şəxs qismində 12 min 500 manat məbləğində cərimə olunması üçün toplanmış sənədlər Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün “Fərid-RL” MMC-yə icrası məcburi olan müddətli göstəriş verilib.

Paylaş