Bazar ertəsi Portuqaliyanın cənubunda yerləşən Altu-Alenteju bölgəsində yolun bir hissəsi çöküb.
Biosfer.az TASS-a istinadən xəbər verir ki, yol Borba və Vila-Visoza yaşayış məntəqələrini birləşdirib. Hadisə yerinə yanğınsöndürən və xilasedicilər, həmçinin hava nəqliyyatı vasitəsi cəlb olunub. Dağıntılar altında 4-5 nəfərin qala biləcəyi ehtimalı var.
“Jornal de Noticias” qəzeti öz növbəsində yazır ki, yolun çökməsi səbəbindən azı 2 nəfər həyatını itirib.