“Cənnət” qəsəbəsi yer üzündən SİLİNDİ – Tramp çaşdı – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ-ın Kaliforniya ştatında son yüzilin ən ölümcül faciəsi kimi tarixə düşən meşə yanğınları nəticəsində ölənlərin sayı 80-ə, itkin düşənlərin isə 1300-ə çatıb.

Biosfer.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp yanğının təsirinə məruz qalan bölgələri ziyarət edib.

Prezident yanğının xəritədən sildiyi Paradise “Cənnət” qəsəbəsinin adını səhvən Pleasure (Zövq) kimi tələffüz edib: “Faciəni gerçəkdən də görə bilmirsiniz. Nə qədər böyük televizordan baxsanız da, buraya gəlmədən anlamırsınız. “Pleasure” necə addır amma…” Prezident daha sonra yanlışlığı düzəldərək “Paradisedə gördüyümüz qəbuledilməzdir” deyib.

Qeyd edək ki, noyabrın 8-dən bəri davam edən yanğında evi zərər görən, tamamilə yanan və fövqəladə hal səbəbilə evini tərk etmək məcburiyyətində qalan bir çox məşhur şəxslər var. Onlar arasında aktyor Skott Baio, rejissor Qilermo del Toro, aktyor Alisa Milano və Reyn Vilson yer alıb.

Paylaş