Türkiyənin Ədalət və İnkişaf Partiyası heyvan haqları ilə bağlı qanunlara dəyişiklik təklif edib.
Biosfer.az Publika.az-a istinadən xəbər verir ki, layihədə heyvanlara işgəncə verənlərə 1 ildən 5 ilə qədər həbs cəzası verilməsi nəzərdə tutulur.
Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı əsasında edilən dəyişiklikdə bu maddələr yer alıb:
— Bütün heyvanlar çipli, yəni “şəxsiyyət vəsiqəli” olacaq. Həmin çipdə heyvanın adı, yaşı, əgər varsa, sağlamlığına dair məlumatlar yer alacaq,
— Heyvanlara işgəncə edənlərə 1 ildən 5 ilə qədər həbs cəzası veriləcək,
— Ev heyvanını küçəyə atanlar cərimə ödəyəcək,
— Heyvan sığınacaqları üçün standart tədbirlər görüləcək.