Vyetnamın Kxanxoa vilayətinin Nyaçanq şəhərində azı 12 nəfər “Toraci” qasırğasının qurbanı olub.
Biosfer.az xəbər verir ki, leysan yağışlar güclü dağıntılara səbəb olub. Sakinlərdən ikisi yerli restoranın divarının uçması nəticəsində həlak olub. Ölənlər arasında 7 yaşlı uşaq və rerstoran sahibi də var. Bundan əlavə, hadisə nəticəsində daha 4 nəfər xəsarət alıb.
Nyaçanqın sakinlərini şəhərdən təxliyyə etmək lazım gəlib.