İspaniya hökuməti bütün AES-ləri 2030-cu ilədək bağlamaq niyyətindədir

Google+ Pinterest LinkedIn Tumblr +

İspaniya xidmət müddəti 40 il üçün nəzərdə tutulmuş, lakin hələ də işləyən atom elektrik stansiyalarını (AES) 2030-cu ilə qədər bağlamağı planlaşdırır.

Biosfer.az AZƏRTAC=a istinadən xəbər verir ki, paralel olaraq daş kömürlə işləyən istilik elektrik stansiyalarının (İES) da fəaliyyəti dayandırılacaq, hərçənd onların beşi təyin olunmuş müddətdən sonra müəyyən müddət işləyəcək.

Energetika üzrə dövlət katibi Xose Dominges bildirib ki, İspaniya hökuməti ölkə ərazisində hələ də fəaliyyət göstərən heç bir AES-in “ömrünü uzatmaq” niyyətində deyil. Buna müvafiq olaraq, İspaniyanın sonuncu AES-i hələ 2030-cu il başlayana qədər öz fəaliyyətini dayandıracaq.

“Almaras” stansiyasının reaktorlarından birinin “pensiyaya çıxması” 2021-ci ilə nəzərdə tutulub. Bu reaktor köhnəliyinə görə söndürülənlərin siyahısında birinci olmalıdır. İspaniyada daha yeddi reaktoru eyni aqibət gözləyir.

Paylaş