Güclü qar hava nəqliyyatını iflic etdi

Google+ Pinterest LinkedIn Tumblr +

Kanadanın Nyu-Bransuik, Nyufaundlend və Labrador əyalətlərinə yağan güclü qar səbəbindən yüzlərlə aviareys gecikib və ya ləğv olunub.

Biosfer.az xəbər verir ki, əyalətlərə 25 sm-dək qar yağıb ki, bu da aylıq yağıntı normasından üç dəfə çoxdur.

Yerli hakimiyyət orqanları əhaliyə şəxsi nəqliyyatdan istifadə etməməyi və havalar düzələnədək evdə oturmağı tövsiyə ediblər.

Əyalətlərdə demək olar ki, bütün məktəblərdə dərslər ləğv olunub.

Paylaş