ABŞ prezidenti Donald Tramp Kaliforniyaya səfər edərək meşə yanğınlarından zərərçəkənlərlə görüşmək niyyətindədir.
Biosfer.az NBC telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
Məlumata görə, bu, noyabrın 17-də baş tutacaq.
Qeyd edək ki, artıq bir neçə həftdir Kaliforniyada meşə yanğınları davam edir. Son məlumata görə, yanğınlar nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.