Gədəbəy “ağ örpəyə” büründü

Google+ Pinterest LinkedIn Tumblr +

Gədəbəy rayonuna qar yağıb. 

Biosfer.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə rayon sakinləri sosial şəbəkədə məlumat paylaşıblar.

Sosial şəbəkə istifadəçiləri onu da vurğulayıblar ki, bu, rayona yağan ilk qar deyil. Bir ay bundan öncə də Gədəbəyə qar yağıb. Ancaq gecə yağan qar səhərə əriyib.

Gədəbəydə qar
Budəfəki qar isə o qədər də tez əriyənə bənzəmir. Çünki rayonda hava çox soyuqdur, artıq şaxta hiss olunur. Bəlkə də elə bununla da Gədəbəydə artıq qışın başladığını demək olar.
Gədəbəydə qar
Qeyd edək ki, bu ayın əvvəlində Yardımlı rayonuna da qar yağmışdı.
Paylaş