Gündəlik menyumuza daxil etdiyimiz qəhvənin daha bir faydası məlum olub.
Biosfer.az ölkə.az-a istinadən xəbər verir ki, “EurekAlert” portalında Avropa tədqiqat institutunun yeni araşdırmasının nəticələri dərc edilib. Məlum olub ki, qəhvə şəkərli diabet xəstəliyi riskini 25% azaldır.
Mütəxəssislər qəhvə və şəkər xəstəliyi arasındakı əlaqəyə aid tədqiqatların 30 faizini incələyiblər. Bu tədqiqatlar 1.18 milyon insanın sağlamlıq göstəricilərinə aiddir.
Alimlər məlum ediblər ki, gün ərzində 3-4 fincan qəhvə içən kişi və qadınlarda şəkərli diabet xəstəliyinin yaranma riski 25% azalır. Eyni zamanda kofeinli və kofeinsiz qəhvə bu məsələdə müsbət təsir göstərir.