ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları qurbanlarının sayı 48-ə çatıb.
Biosfer.az xəbər verir ki, bunu Kaliforniya dairəsinin şerifi Byutt Kori Honea bildirib. Daha öncə 42 nəfərin öldüyü bildirilirdi. Honea deyib ki, daha altı cəsəd Paradayz dairəsində tapılıb.
Xatırladaq ki, “Camp” adlı meşə yanğınları noyabrın 8-də başlayıb və ştatın tarixinə ən dağıdıcı və məhvedici kimi düşüb.
Ümumilikdə, yanğının 35%-i lokallaşdırılıb. Onun nəticəsində 8,8 mindən çox evə ziyan dəyib.