Almaniyanın Frankfurt-Mayn şəhərinin cənub-şərqində xlorid turşusu buxarının sızması baş verib.
Biosfer.az TASS-a istinadən xəbər verir ki, sızma Qrishaym sənaye bölgəsində olub.
Hadisə ilə əlaqədar yanğınsöndürənlər Qrishaym və Nid bölgələrində sakinlərə pəncərələri bağlamağı və küçəyə çıxmamağı tövsiyə edib.
Göstərilən ərazidə ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Hazırda kimyəvi maddənin ətraf mühitə yayılmasının ölçülməsi işləri həyata keçirilir.