Dünən Qəbələ rayonuna 5 santimetrdən çox qar yağıb.
Biosfer.az Trend-ə istinadən xəbər verir ki, qar rayonun dağlıq kəndləri olan Laza və Durcaya düşüb.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yağan qar kənd təsərrüfatına hər hansı ziyan vurmayıb.