Çiyələklərə iynə sancan qadın saxlanıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Avstraliya polisi ölkədə satışa çıxarılan çiyələklərə iynə sancmaqda şübhəli bilinən qadını saxlayıb.

Biosfer.az oxu.az-a istinadən xəbər verir ki, bazar ertəsi 50 yaşlı qadına qarşı ittiham irəli sürüləcək. Məhkəmə Brisbendə keçiriləcək.

İynə sancılan çiyələklər Avstraliyanın 6 ştatındakı dükanlarda aşkarlanıb. Bundan əlavə, iynələr həmçinin bananlarda da tapılıb.

Avstraliya qanunlarına əsasən, “ərzaq sabotajı”na görə müttəhimə 15 ilə qədər həbs cəzası verilə bilər.

Paylaş