Braziliyada torpaq sürüşməsi: evlər dağıldı, ölənlər var

Google+ Pinterest LinkedIn Tumblr +

Braziliyanın Rio-de-Janeyro şəhəri yaxınlığında torpaq sürüşməsi baş verib.

Biosfer.az xəbər verir ki, torpaq sürüşməsi nəticəsində azı 10 nəfər həlak olub, 11 nəfər isə xilas edilib.

Bildirilir ki, torpaq sürüşməsi nəticəsində 9 yaşayış evi və restoran dağılıb. İnsident yerində 70-ə yaxın xilasedici işləyir.

İlkin məlumata əsasən, torpaq sürüşməsinə səbəb son günlərdə şəhərdə yağan gücülü yağışlar olub.

Paylaş