“Hər ailə ağac əksin” – Vətəndaşlara pulsuz tinglər paylandı – FOTOLAR

Google+ Pinterest LinkedIn Tumblr +

Prezident İlham Əliyevin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabrın 9-da “Hər ailə ağac əksin” devizi altında aksiya təşkil edib. Aksiya vətəndaşların fəal iştirakı ilə keçirilib.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, ağac əkilməsinin təşviqi kampaniyasında əhaliyə, ümumilikdə, 6 minə yaxın müxtəlif ağac tingi paylanılıb.

Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində keçirilən aksiya zamanı mütəxəssislər tərəfindən vətəndaşlara ağacların əkilməsi və onlara qulluq göstərilməsi qaydaları izah olunub.

Qeyd edək ki, kampaniya noyabrın 12-də və 17-də daha kütləvi xarakter alaraq ölkənin digər regionlarında davam etdiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.

Paylaş