Badamdar sürüşmə sahəsində yeni xırda uçqunlar baş verib

Google+ Pinterest LinkedIn Tumblr +

Noyabrın 8-də Badamdar sürüşmə sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərinin apardıqları monitorinqin nəticəsi açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, tədqiqatların nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Yağan yağış nəticəsində sürüşmə sahəsindəki asılı vəziyyətdə olan torpaq kütlələrinin üzərində yeni xırda uçqunlar baş verib. Sürüşmənin yuxarı hissəsində olan qaya parçasının alt hissəsi qoparaq asılı vəziyyətdə qalıb. Monitorinqlər davam etdirilir.

Paylaş